Sual: Məni bir məsələ maraqlandırır: Peyğəmbərlərin möcüzələrindən elm əldə etmək olar? Misal üçün, odun İbrahim peyğəmbəri yandırmamağı hal-hazırkı dövr üçün elmi bir şey ola bilər?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, möcüzələr təqlid oluna bilən şeylər deyil. Məsələn, indilərdə deyilir ki, Musa peyğəmbərin dəyənəyi Topqapı sarayındadır. Ola bilər, düzdür. Amma onu atsaq, digər dəyənəklərdən heç bir fərqi olmaz. Dəyənəyin ilana çevrilməsi və ya dənizin yarılıb içində quru bir yol açılması bir möcüzədir.
Hərçənd ki, Quranda və hədislərdə möcüzə sözü işlədilmir. Möcüzə mənasında ayə sözündən istifafə olunur. Bunlar da Allahın ayələrindən biridir. Ayələr təqlid oluna bilməz. Çünki bunlar ancaq Allah Təala tərəfindəndir. Misal üçün, yer üzünün bütün elm adamları bir araya cəm olsalar, yenə də bir buğda dənəsini belə, yarada bilməzlər.
Quranda qeyd olunur ki, od İbrahim əleyhissəlam üçün soyuq oldu, yəni, onu yandırmadı. Bu da bu gün üçün bir elm deyil. Peyğəmbərimizin (s. a. v.) də bu kimi möcüzələri olmayıb. Çünki Allah Təala Quranın İsra surəsinin 59-cu ayəsində belə deyir:
“Bizim ayələr (möcüzələr) göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (möcüzə) kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk”.
Burada qeyd edilən ayələr fərqli ayələrdir; yəni, peyğəmbərlərə verilən və insanların yamsılayıb təqlid edə bilməyəcəkləri şeylərdir.
İbrahim peyğəmbəri oddan xilas edən Allahın: “Ey atəş, soyuq ol”, – əmri oldu. Bunu təqlid etmək mümkün deyil. Əgər mümkün olsa, o vaxt ayə (möcüzə) olmaz. Başqa sözlə desək, bu, bir elm səbəb və imkanı deyil.
Yəqin indi mənə qulaq asanlar deyirlər ki, axı biz ayələrdən elm öyrənirik. Demək istəyirəm ki, bu, elm öyrənilən ayələrdən deyil.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.