Müsəlmanlar
Quran oxuduqda əuzu-bəsmələ deməyin hökmü nədir?

Quran oxuduqda əuzu-bəsmələ deməyin hökmü nədir?

Sual: Quran oxumağa başladığımız vaxt: “Əuzu billahi minə-ş-şeytani-r-rəcim” və “Bismillahi-r-Rəhmani-r-Rəhim”, - demək vacibdir?

Cavab: “Əuzu” demək əmrdir, “Bismillah” çəkmək yox. Quranın Nəhl surəsinin 98-ci ayəsində belə deyilir:

“Quran oxuduğun vaxt daşlanmış şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanir-rəcim” sözlərini de!)”

Deməli, bismillah demək şərt deyil. Bununla belə, əgər bir surəni əvvəldən (başdan) oxuyursunuzsa, bismillah deyə bilərsiniz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.