Müsəlmanlar

Kişi arvadını eyni vaxtda birdən çox talaqla boşaya bilər?

Sual: Qurana əsasən bir talağın (boşanma) 3 ayda tamamlana bilməsi ilə əlaqədar bir dəlil var? Bəzi alimlər buna bidi talaq deyirlər. Məsələn, İbn Teymiyyə. Bir çox alimin də fitvası var ki, bu, belə ola bilər. Sizin fikriniz nədir?

Cavab: Talaq surəsində boşanmağın ölçüləri müəyyən edilib. Bəqərə surəsinin 229-cu ayəsində isə hökm verilib ki, talaq ancaq 2 dəfə ola bilər. Bu o deməkdir ki, qadının iddə müddətinin axırına qədər birdən çox talaq ola bilməz.

Aydındır ki, məzhəblərə məxsus olduğu irəli sürülməklə fitvada əsas tutulan fikirlərin bir çoxu Quran və Sünnəyə müvafiq deyil. Ona görə də bu kimi şeylər müsəlmanlar üçün qüvvədə deyil. Sizin qeyd etdiyiniz fitva da onlardandır.

İndi isə talaq məsələsi barədə ətraflı məlumat üçün bu keçidlərə baxın:

http://www.muselmanlar.com/fitvalar/2282.html

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.