Müsəlmanlar
Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər?

Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər?

Sual: Məlum olduğu kimi, bir neçə gündür ki, BMT-nin verdiyi qərara əsasən Liviya torpaqlarına hücum olunur. Deyilənə görə müsəlman ölkələr də bu qərarı dolayı yolla dəstəkləyirlər. Bu məsələdə təcili olaraq bir ziyalının fikrinə ehtiyac var. Zülmkar bir diktator tərəfindən idarə olunsa belə, darul-islam (müsəlman ölkə) olan bir ölkənin qeyri-müsəlman bir ölkə tərəfindən vurulmağına və müsəlmanların qeyri-müsəlman qüvvələrini dəstəkləməklərinə hansısa bir icazədən söhbət gedə bilər? Quranda və ya peyğəmbərin hədislərində buna hansısa bir misal var?

Cavab: Liviyanın bir çox yerində hakimiyyətə qarşı başlayan nümayiş və üsyanlar böyüdükcə iqtidar çox qatı tədbirlər görür və kütləvi qırğınlar törədir. BMT neft ölkəsi olan Liviyanı uçuşun qadağan olduğu bir bölgə elan etmiş və ABŞ-ın rəhbərliyi altında Liviya torpaqlarına havadan hücum  etmişdir. Nəticədə daha böyük insan tələfatı baş verir. Bu qərar Ərəb liqasının Misirdə keçirilən yığıncağının tələbi ilə verilib. Bu da öz növbəsində qəbuledilməz bir səhvdir. Belə bir vəziyyətdə müharibə edən tərəflərin arasını düzəltmək lazımdır.

Allah Təala belə buyurur:

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin”. (Hucurat, 49/9-10)

Allahın əmr etdiyi bir şeyi yerinə yetirməyin əvəzinə, qadağan etdiyi bir işi görmək insana olduqca pis təsir edir. Allah qeyri-müsəlmanlarla münasibətlə əlaqədar olaraq belə deyir:

“Ey peyğəmbər! Allahdan qorx! O kafirlərə və münafiqlərə boyun əymə! Allah bilir və düzgün hökm verir!

Sənə Rəbbindən nə bildirilibsə, ona tabe ol. Allah gördüyünüz işlərin əslini bilir. Allaha arxalan! Vəkil olaraq Allah bəs edər”. (Əhzab, 33/1-3)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.