Müsəlmanlar

Vitr namazı fərzdir, yoxsa sünnət?

Sual: Vitr namazının hökmü nədir? Bu namaz vacibdir, yoxsa müstəhəb?

Cavab: Vitr namazı sünnət namazdır. Amma peyğəmbərimiz (s. a. v.) bu namazı həmişə qılmış və qılmağı başqalarına da məsləhət görmüşdür.

Vitr namazını vacib namaz adlandıran təkcə Əbu Hənifədir. Hənəfi məzhəbinin digər imam-alimləri buna vacib demirlər.

Vitr güclü bir sünnətdir. Qılan savab qazanır, qılmayana bir günah yoxdur. Vitr namazının vaxtı gecə vaxtıdır. Yəni, hava tamamilə qaraldığı vaxtdan etibarən başlayır. Xüftən namazının vaxtı çıxdıqdan sonra. Axşam namazından təqribən 1 saat keçdikdən sonra başlayır və sübh namazına qədər davam edir.

Peyğəmbərimiz vitr namazını 11 rükətə qədər qılırdı. Bu namaz axırı tək rükətli bir namazdır.

Vitir namazı barədə ətraflı məlumat üçün buraya daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2868.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.