Sual: Deyilənə görə Quranın Vaqiə surəsini gündə filan qədər oxuyan varlı olur. Bu surəni bərəkət surəsi adlandırırlar. Bu deyilənlər düzdür?
Cavab: Necə deyərlər, işləməyən dişləməz. Kim işləmirsə, ona heç bir şey yoxdur. İstəyirsə, gündə 100 deyil, 100 min dəfə oxusun. Yenə də 1 stəkan su əldə edə bilməz. Əksinə, oxuduqca lap çox susayar.
Qurani-Kərim belə şeylər üçün nazil edilməyib. Allah Quranda belə deyir:
“İnsana ancaq öz əməyi qalar”. (Nəcm, 53/39) Yəni, öz işlədiyindən başqa nə varsa, onun deyil. Deməli, işləmədikdən sonra oxumağın mənası yoxdur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.