Sual: Həfsa sözünün mənası nədir? Uşağa belə ad qoymaq olar?
Cavab: Həfsa xüsusi bir isimdir. Bəzi lüğətlərdə deyilir ki, bu sözün mənası şirin (aslan) balası, bala pələngdir. Amma bunu qəti surətdə dəqiqləşdirmək üçün bir məlumatımız yoxdur. ((Baxın: İbn Manzur, Lisanu-l-Ərəb lüğəti, hfs bəndi, 7-ci cild, s. 16.))
İkinci xəlifə Ömər ibn Xəttabın qızının adı Həfsa idi. O, peyğəmbərimizin (s. a. v.) xanımlarından biri, yəni, möminlərin analarından (ümməhatu-l-mu’minin) biri olub. Mənası yaxşı olmayan bəzi adları dəyişdirən Muhəmməd peyğəmbər (s. a. v.) bu xanımının adına toxunmayıb. Bu da onu göstərir ki, peyğəmbər (s. a. v.) bu adı bir növ təsdiq edib. Deməli, qız uşaqlarına Həfsa adını qoymağın heç bir eybi yoxdur. Hətta bu, məsləhət görülən adlardan biridir.
Bu məsələdə mühüm bir məqam var: Həfsa adı ölkəmizdə yayılmış bir ad deyil. Odur ki, uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız.
Yeri gəlmişkən, saytımızın ADLAR bölməsindəki digər yazıları da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/adlar
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.