Sual: Beş vaxt namaz meracda vacib edilib?
Cavab: Buxari və Müslim başda olmaqla bir çox hədis külliyatında Merac gecəsi ilə əlaqədar hədislər var. Həmin hədislərin birində deyilir ki, merac gecəsində namaz əvvəlcə 50 vaxt olaraq vacib edilib, sonra isə 5 vaxtadək azaldılıb. Ancaq Qurani-Kərimə baxdıqda bunun düzgün olmadığını açıq-aydın görmək olur. Çünki namaz (ilk peyğəmbərdən axırıncı peyğəmbərə qədər) bütün peyğəmbərlərə eyni qaydada – 5 vaxt olaraq vacib edilib.
Merac məsələsi ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/merac-hadisesi
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.