Sual: Siz təsəvvüf elmi ilə maraqlananlara nə üçün kafir deyirsiniz? Əgər onlar kafir deyillərsə, siz buna görə Allahın dərgahında cavabdeh olacaqsınız. Bunu heç fikirləşmirsiniz? Bəlkə, sizi dəstəkləyən bəzi adamlar sizin xəbəriniz olmadan belə şeylər deyirlər?
Cavab: Biz təsəvvüflə maraqlananlara heç vaxt kafir deməmişik, bu gün də demirik. Hətta belə bir şeyi ağlımıza da gətirmirik. Bunun belə olduğunu yazdığımız kitab və məqalələrimizdən, yazılı və video-fitvalarımızdan da görə bilərsiniz. Bir sözlə, biz təsəvvüflə maraqlananlara kafir demirik!
Əsas məsələ budur ki, Allah Quranda insanların bəzilərini mömin, bəzilərini müşrik, bəzilərini də kafir adlandırır. Biz də tədqiqatlarımızda: “Filankəs belə dedi, bu cür yazdı. Allah isə bu məsələnin əslində filan cür olduğunu bildirir. Deməli, bu adamların dedikləri Qurana ziddir”, – deyə, yazırıq. Yəni, bu bizim hökmümüz deyil; əksinə, Allahın hökmüdür.
Bu kimi şeylər kiminsə maraqlarına toxunursa, dərhal deyir ki, bunu Allah yox, siz deyirsiniz. Xeyr, bizim belə bir iddiamız yoxdur! Bizim buna ixtiyarımız yoxdur, ola da bilməz!
Bizim borcumuz budur ki, Allah Təalanın ayələrini oxuyaq, başa düşək və insanlara izah etməyə çalışaq.
Bəli, ola bilər ki, bəzi qərəzli, yaxud da savadsız insanlar bizimlə əlaqədar nəsə desinlər. Bunlara əhəmiyyət verməyin. Yaxşı olar ki, bizimlə bağlı suallarınızı bizim özümüzdən soruşasınız.
Suala cavab verdi: Abdulaziz Bayındır (İstanbul Universitetinin müəllimi, professor)
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.