Sual: Mən təzə maşın almışam. İndi Allaha şükür etmək üçün mütləq qurban kəsməliyəm?
Cavab: Bəndənin Allahın verdiyi bir nemətə şükür etməyi olduqca normal bir haldır. Həmin təşəkkür məqbul bir ibadət forması ola bilər. Lakin maşın aldıqda mütləq qurban kəsmək lazım deyil. Dində belə bir qayda yoxdur. Amma təzə maşın alan şəxs özünə verilən bu nemətə görə qurban kəsib ətini paylaya bilər. Bu bir şükür qurbanı olar. Qurban kəsmək yerinə namaz da qıla bilər; bu da öz növbəsində şükür namazı olar. Amma belə şeylər şərt deyil.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.