Sual: Siz nəyə görə hər düzgün məsələni hər yerdə dilə gətirirsiniz? Bəli, dedikləriniz Quran ayələrinə əsaslanır, amma hər şeyi açıq-aydın dediyiniz vaxt camaat sanki ürküb çəkinir. Elə isə bəzi şeyləri indi yox, başqa bir vaxt desəniz, olmaz?
Cavab: Qurani-Kərimdən öyrəndiklərimizi insanlara izah etmək bizim borcumuz olduğuna görə belə edirik. Əgər bildiklərimizi deməyib gizlətsək, biz də aşağıdakı ayələrdə qeyd edilənlərdən olarıq. Belə ki, Allah Onun ayələrini gizləyənlərin haqqında belə buyurmuşdur:
“O zaman Allah Kitab verilənlərdən qəti söz alıb bunları dedi: “Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir!”. (Ali- İmran, 3/187)
“Endirdiyimiz açıq-aşkar ayələri və əsas yolu o Kitabda insanlara izah etdiyimiz halda, onları gizlədənlərə gəldikdə, Allah onları lənətləyəcək! Lənət edə bilənlər də onlara lənət oxuyacaq!
Tövbə edib, özünü doğruldan və onları açıqlayanlardan başqa! Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmət sahibiyəm!
Ayələrimizi gizləyən və gizləmiş halda ölənləri Allah, mələklər və bütün insanlar lənətləyəcək.
Onlar həmişəlik bu lənət altında qalacaqlar. Onların nə əzabı yüngülləşdiriləcək, nə də bu əzaba ara veriləcək”. (Bəqərə, 2/159-162)
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.