Lut peyğəmbər
Lut elçilərdən (peyğəmbərlərdən) biridir (Saffat, 37/133).
Lut milləti də elçiləri inkar etmişdir (Şüəra, 26/160).
1) Lut peyğəmbər İbrahim peyğəmbərə inanmışdı
Lut İbrahimə inandı (Ənkəbut, 29/26).
Onu da, Lutu da hamı üçün müqəddəs etdiyimiz o yerə çatdırıb xilas etdik (Ənbiya, 21/71).
2) Lut peyğəmbərin missiyası
Lut milləti elçiləri inkar etdi.
Qardaşları Lut onlardan belə soruşmuşdu: “Məgər siz qorunmaq istəmirsiniz?
Həqiqətən də, mən sizə göndərilmiş etibarlı bir peyğəmbərəm.
Artıq Allahdan qorxub çəkinin və mənə boyun əyin.
Mən sizdən bunun müqabilində bir şey istəmirəm.
Mənim əvəzimi başqası yox, varlıqların sahibi (Allah) verir (Şüəra, 26/160-164)”.
3) Lut qövmünün iyrənc hərəkətləri
Lut dedi ki, siz aləmin kişilərinə gəlirsiniz, eləmi?
Rəbbinizin sizin üçün yaratdığı zövcələri də tərk edirsiniz? Yox, siz yoldan çıxmış bir tayfasınız!
Onlar: “Bax Lut, sən bundan daşınmasan, xeyri yoxdur, sürgün edilənlərdən olarsan!”, – dedilər.
Lut dedi: “Mən sizin gördüyünüz bu işə həqiqətən də, nifrət edənlərdənəm (bundan iyrənirəm)”.
“Rəbbim! Məni və ailəmi bunların gördükləri işdən uzaq et!”.
Biz də onu və bütün ailəsini xilas etdik.
Ancaq qoca bir qadın yerdə qalanlar arasındaydı.
Digərlərini yerlə-yeksan etdik.
Onların üzərinə bir yağmur yağdırdıq. O xəbərdarlıq edilənlərin yağmuru necə də pis idi!
Bunda yaxşı bir ibrət var, lakin çoxları yenə də inanmaz.
Sənin Rəbbin həqiqətən güclüdür, mərhəmətlidir (Şüəra, 165-175).
Lutu da peyğəmbər göndərmişdik. O, qövmünə belə demişdi: “Siz bilə-bilə bu iyrəncliklə məşğul olursunuz?
Yəni, siz qadınları qoyub kişilərlə yaxınlıq edirsiniz? Yox, siz özünü bilməyən bir dəstəsiniz!”.
Qövmünün cavabı ancaq bu oldu: “Lut ailəsini şəhərinizdən qovun. Çünki onlar yaxşı-yaxşı təmizlənən insanlardır”.
Biz də onu və ailəsini xilas etdik; amma arvadını yox. Çünki onun arxada qalanlardan olmasını münasib bilmişdik.
Onların üzərinə bir yağmur yağdırdıq. O xəbərdarlıq edilənlərin yağmuru necə də pis idi (Nəml, 27/54-58).
Lut peyğəmbər qövmünə belə demişdi: “Siz həqiqətən də, o iyrənc işi görürsünüz. Sizdən əvvəl aləmdə heç kəs bu işi görməyib”.
“Deməli, indi siz həqiqətən də, kişilərlə yaxınlıq edir, yol kəsir və yığıncaqlarınızda o murdarlıqla məşğul olursunuz?”. Qövmünün cavabı ancaq bu oldu: “Sən əgər doğru danışanlardansa, durma, bizə Allahın əzabını gətir!”.
Lut dedi ki, ey Rəbbim, bu fitnə-fəsad törədənlər dəstəsinə qarşı mənə kömək ol!
Elçilərimiz İbrahimə o müjdəni verdikləri vaxt: “Biz bu şəhərin xalqını yox edəcəyik; çünki oranın əhalisi zalım kəslərdir”, – dedilər.
İbrahim: “Amma orada Lut var”, – dedi. “Biz orada kimin olduğunu çox yaxşı bilirik”, – dedilər. “Onu və ailəsini əlbəttə, xilas edəcəyik. Lakin arvadı yerdə qalacaqlardandır”.
Elçilərimiz Lutun yanına gəldikdə, Lutun halı xarablaşdı. Onlara qarşı ürəyi sıxıldı. Ona: “Qorxma, kədərlənmə”, – dedilər. “Çünki biz səni və ailəni xilas edəcəyik. Amma sənin arvadın istisna olmaqla”.
“Biz yoldan çıxmaqlarının müqabilində bu şəhərin əhalisinə göydən bir murdarlıq endirəcəyik”, – dedilər.
“Biz düşünən bir qövm üçün həqiqətən də, onların açıq-aydın bir sübutunu saxlamışıq (Ənkəbut, 29/28-35)”.
4) Lut peyğəmbərin aldığı vəhy
Biz Luta hökm və elm verdik. Onu həmin pis işləri görən şəhərdən xilas etdik. Onlar həqiqətən də, pis bir qövm idilər; yoldan çıxıb azmışdılar.
Biz onu (Lutu) rəhmətimizə daxil etdik. Çünki o, yaxşılardan idi (Ənbiya, 21/74-75).
5) Lut qövmünün yeri
Siz səhərlər onların yerinin üstündən keçirsiniz.
Axşamlar da… Siz heç ağlınızı işlətmirsiniz? (Saffat, 37/137-138).
6) Lut peyğəmbərin arvadı
Allah inkar edənlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkir. Onlar bizim bəndələrimizdən iki yaxşı bəndənin nikahında idilər. (Amma) onlara qarşı xainlik etdilər. Bu ikisi onları Allaha qarşı heç cür xilas edə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də o atəşin içərisinə girin!”, – deyildi.
Allah inananlara Fironun arvadını misal çəkir. O, belə demişdi: “Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev düzəlt. Məni Firondan və etdiyi əməllərdən xilas et. Məni bu zalım dəstədən uzaq et”.
Namusunu qoruyan İmran qızı Məryəm də nümunədir. Ona ruhumuzdan üfürmüşdük. Rəbbinin kəlamını və kitablarını həqiqi bilmişdi (qəbul etmişdi). O, səmimiyyətlə itaət edənlərdən idi (Təhrim, 66/10-12).
7) İnkar edənlərin ümumi rəftarı
Onlar səni inkar etdikləri kimi bunlardan əvvəl Nuh qövmü, Ad və Səmud da inkar etmişdi.
İbrahimin qövmü, Lut qövmü və Mədyən xalqı da (inkar etmişdilər). Musa da inkar edilmişdi. Mən elçiləri inkar edənlərə əvvəlcə möhlət vermiş, sonra onların yaxasına yapışmışam. Qoy məni yox hesab etməyin nə olduğunu görsünlər!
Elə şəhərlər olub ki, biz onları haqsızlıq etdikləri halda yox etmişik. Oralar artıq bomboşdur, tavanları da çöküb. Bir tərəfdə yararsız hala düşmüş bir quyu, digər tərəfdə də boş bir qəsr!
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı? Üstəlik onların düşünən qəlbləri və eşidən qulaqları da var. Həqiqətən, kor olan gözlər deyil, sinələrdəki ürəklərdir (Həcc, 22/42-46).
8) Cəza
Lutu da göndərdik. Qövmünə dedi ki, siz sizdən əvvəl aləmdə heç kəsin etmədiyi o murdarlıqla məşğulsunuz?
Siz qadınları qoyub kişilərə yaxınlaşırsınız? Yox, siz azğın bir tayfasınız.
Qövmünün cavabı ancaq bu oldu: “: “Lut ailəsini şəhərinizdən qovun. Çünki onlar yaxşı-yaxşı təmizlənən insanlardır”.
Biz də onu və ailəsini xilas etdik; amma arvadını yox. Çünki onun arxada qalanlardan olmuşdu.
Onların üzərinə bir yağmur yağdırdıq. Bax, gör günaha batanların axırı necə imiş (Əraf, 7/80-84)!
İbrahim (Luta gələn elçilərdən): “Ey elçilər, sizin əsl vəzifəniz nədir?”, – deyə soruşdu.
Onlar: “Biz günahlar bir qövmə göndərildik”, – deyə cavab verdilər.
Üstlərinə palçıqdan daşlar atmaq üçün,
Rəbbinin qatından həddini aşanlara məxsus olan işarəli daşlar…
Sonra orada möminlərdən kim varsa, (hamısını) çıxartdıq.
Onsuz da orada bir evdən başqa müsəlman tapa bilmədik.
Orada yandırıb-yaxan əzabdan qorxanlar üçün bir sübut qoyduq (Zariyat, 51/31-37).
Elçilərimiz Luta gəldikdə, onun halı xarablaşdı. Onlara qarşı ürəyi sıxıldı. “Bu, çətin bir gündür”, – dedi.
Qövmü ona tərəf gəldi. Bundan əvvəl o pis işlə məşğul olurdular. O, belə dedi: “Ey qövmüm! Budur qızlarım. Sizin üçün bunlar daha təmizdir. Allahdan qorxun, qonaqlarımın yanında məni biabır etməyin. Sizin aranızda ağlı başında bir adam yoxdur?”.
Onlar: “Sən yaxşı bilirsən ki, bizim sənin qızlarınla bir işimiz yoxdur. Sən bizim nə istədiyimizi lap yaxşı bilirsən”, – dedilər.
Lut: “Ah, kaş ki, sizə qarşı mənim bir gücüm olaydı ya da möhkəm bir yerə sığına biləydim!”, – dedi.
(O gələnlər) dedilər ki, bax Lut! Biz sənin Rəbbinin elçiləriyik, onlar sənə heç toxuna bilməyəcəklər. Sən gecə vaxtı ailənlə birlikdə yola çıx. Sizdən heç kim dönüb geri baxmasın. Sənin arvadın qalsın. Çünki başqalarının başına nə gəlibsə, onun başına da gələcək. Səhərə qədər möhlətləri var. Səhər çox yaxındır, elə deyilmi?
Bizim əmrimiz gəldiyi vaxt oranı alt-üst etdik. Üstünə bişmiş palçıqdan topa-topa daş yağdırdıq.
Rəbbin qatında damğalanmış olaraq… Onlar bu zalımlardan da uzaq deyil (Hud, 11/77-82).
Elçilər Lutun ailəsinə gəldikdə:
“Siz həqiqətən də, tanınmayan kəslərsiniz”, – demişdi.
Dedilər ki, yox, biz sənə onların şübhə etdikləri şeylə birlikdə gəlmişik.
Biz sənə o həqiqəti gətirmişik. Biz əlbəttə, düzgün kəslərik.
Gecə vaxtı ailəni dərhal yola çıxart. Sən də onların arxasınca get. Sizin heç biriniz dönüb arxaya baxmasın. Sizə əmr edilən yerə tərəf keçib gedin.
Ona bu məsələyə dair qərarı bildirdik: Səhər açıldığı vaxt bunların kökü kəsilmiş olacaq.
O şəhərin əhalisi bir-birinə müjdə verərək gəlmişdilər.
Dedi ki, bunlar mənim qonaqlarımdır; məni utandırmayın.
Allahdan qorxun, məni biabır etməyin.
Onlar: “Biz sənə deməmişik ki, başqalarının işinə qarışmayasan?”, – dedilər.
Lut: “Edəcəksinizsə, budur, qızlarım!”, -dedi.
Sənin həyatın haqqı, onlar öz sərxoşluqlarının içində yellənirdilər.
Günəş şüaları yayıldığı vaxt həmin səs onları yaxaladı.
O yeri alt-üst etdik. Üstlərinə palçıqdan bişmiş daş yağdırdıq.
Bunda təsirlənənlər üçün dəlillər var.
Onlar hələ də bir yol üstündədirlər.
Bunda inananlar üçün bir dəlil var (Hicr, 15/61-77).
Allah alt-üst olan o şəhəri süquta uğratdı.
Onu yaman basdırdı (Nəcm, 53/53-54)!
9) İnananların mükafatlandırılması
Lut qövmü o xəbərdarlıqları inkar etdi.
Biz də onların üstünə daş yağdıran bir fırtına göndərdik. Amma Lutun ailəsinə yox.
Bir səhər vaxtı onları xilas etdik.
Bizim qatımızdan bir yaxşılıq olaraq… Biz şükr edəni bax, belə mükafatlandırırıq.
Lut onlara xəbərdarlıq etmişdi ki, Bizim pəncəmizdən xilas ola bilməyəcəklər. Amma onlar bu xəbərdarlıqları şübhə ilə qarşılamışdılar.
Lutun qonaqlarını həqiqətən də, əldə etməyə cəhd göstərmişdilər. Biz dərhal onların gözlərini kor etdik. Mənim əzabımı və xəbərdarlıqlarımı indi dadın!
Daimi bir əzab səhər erkəndən onları yaxaladı.
Mənim əzabımı və xəbərdarlıqlarımı indi dadın (Qəmər, 54/33-39)!