Sual: Eftanaziya barədə məlumat verməyinizi xahiş edirəm. İslam dinində bu məsələyə necə baxılır?
Cavab: Eftanaziya ((Eftanaziya Yunan sözü (Ευθανασία) olub hərfi mənası asan (yüngül) ölüm deməkdir.)) yaşamağından ümid kəsilmiş xəstənin öz istəyi ilə həyatına son vermək və onun ağrı-acı və əzab çəkməyinə mane olmaq mənasında işlədilən bir kəlmədir.
Eftanaziya adətən 2 formada həyata keçirilir. Bunlardan biri öldüyü halda tibb avadanlığına, başqa sözlə, cihazlara bağlanan və həyatı onların vasitəsilə xilas edilməyə çalışılan xəstə insanı həmin cihazlardan ayırmaqla baş verir. Bu cür bir əməliyyatda adam öldürməkdən danışmaq olmaz. Çünki tibbi cihazları xəstədən ayırmaq onsuz da ölmüş olan insanın bədənini belə bir mənasız işdən xilas etmək sayılır.
İkinci və əsl mühüm olan eftanaziya həkimlər tərəfindən sağalmaq ehtimalının heç cür mümkün olmadığı məyyən edilmiş xəstənin daha çox əzab çəkməməsi üçün öz istəyi ilə öldürülməsidir. Məhz bu, cinayətdir. İstər təzə doğulmuş körpə, istər yaşlı, istərsə ölüm döşəyində olan bir insan olsun, bu insanın son nəfəsinə qədər yaşamaq hüququ var. Belə bir insanı öldürənlə sağlam bir insanı öldürən arasında fərq yoxdur. Həyat çətinliklərlə doludur. Həmişə həyatından tamamilə ümid kəsilmiş neçə-neçə xəstələr görürük ki, sağalıb bizim aramızda yaşamağa davam edirlər. Xəstəlik, çətinlik və acı hadisələr insanlar üçündür. Belə şeylərə qarşı səbr etmək və ümidi heç vaxt itirməmək lazımdır. Allah Quranda: “Allah səbr edənlərlədir”, – deyir (Bəqərə, 2/153).
İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır.
Bir insan xəstəlik və ağır yaralanma kimi bir səbəbə görə can üstə olduğu vaxt özündən əvvəl can verən şəxsin mirasçısı olur. Müsəlman olmayan bir insan ölüm ona gəlib çatmamış müsəlmanlığı qəbul edirsə, müsəlman olur. Günahkar bir insan ölüm ayağında tövbə etsə, tövbəsi qəbul olunur. Bu insanın haqq-hüququ tamamilə davam edir. Başqa sözlə, xəstə bir insanı bu cür öldürən adam edam cəzasına məhkum edilir.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.