Sual: Mən 2 şey üçün nəzir dedim. Dedim ki, həmin şeylər alınsa, hər biri üçün 1 ay oruc tutacağam. Bu nəzirlərdən birini deyəndə hələ həddi-büluğ dövrünə çatmamışdım. Tutduğum dilək də artıq həyata keçmişdi. İkincisi isə universitetə qəbul olunmağımla əlaqədar idi. Əgər ali məktəbə girə bilsəm, 1 ay oruc tutacaqdım. Elə oldu ki, istədiyim məktəbə daxil ola bilmədim. Belə olan halda, nəzirlərimi mütləq yerinə yetirməliyəm?
Cavab: Bütün digər ibadətlərdə olduğu kimi, bir nəzirin etibarlı sayılmağı üçün gərək nəzir deyən şəxs müsəlman, ağıl-kamal sahibi və həddi-büluğ çağına çatmış olsun. Bu da o deməkdir ki, uşaqların və əqli cəhətdən natamam olanların dedikləri nəzirlər nəzərə alınmır. Ona görə də həddi-büluğ dövründən əvvəl dediyiniz nəziri yerinə yetirməyiniz lazım gəlmir.
İkincisində isə demisiniz ki, filan ali məktəbə girsəm, 1 ay oruc tutacağam. Nəticədə isə ora daxil ola bilməmisiniz. Deməli, diləyiniz həyata keçməyib. Belə olan halda onu da yerinə yetirməyiniz lazım deyil.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.