Sual: Sizə Tirmizinin Sünən adlı kitabından Zühd fəslinin 2341 nömrəli hədisini yazıram: Osman ibn Əfvandan rəvayət edildiyinə əsasən həzrəti Muhəmməd belə demişdir: “Adəm oğlunun (insan övladı, insan) bunlardan başqa şeylərdə haqqı yoxdur: Yaşamaq üçün bir ev, əyninə geyinmək üçün bir paltar, çörək və su”. Tirmizi bu hədisi həsən səhih şəklində qiymətləndirib. Biz bu hədisi necə başa düşməliyik? Sözləri olduğu kimi başa düşmək lazımdır, yoxsa mümkün qədər az mal-mülk ilə kifayətlənmək mənasında? Yəni, bu hədisi məcazi mənada başa düşməliyik?
Cavab: Bu hədis yaşamaq üçün bir ev, geyinmək üçün paltar, çörək və suyun insanın ən zəruri və ən təbii haqlarından biri olduğunu vurğulayır.
Bu hədisi şərh edən hədis alimləri belə deyirlər:
“İnsanların bu kimi zəruri ehtiyaclarını ödəmək üçün xərclədikləri şeylər digər xərclər kimi deyil. O biri xərclər zəkat və sədəqə baxımından insana müəyyən bir öhdəlik verir. Lakin halal yolla qazanmaq şərti ilə yaşamaq üçün ev, pal-paltar, çörək və su zəkat və sədəqəyə tabe deyil. Yəni, bunlardan zəkat verilmir.” ((Baxın: Əl-Mübarəkfuri, töhfətu-l-Əhvəzi, Qahirə, 2001, 6-cı cild, s. 213, 2341 nömrəli hədisin şərhi.))
Əlavə olaraq qeyd edək ki, ödəməkdə çətinlik çəkən borcluların bu kimi şeyləri müsadirə oluna bilməz.
Bununla əlaqədar olan başqa bir sual-cavabı buradan oxuyun: