Sual: Yer üzündəki bütün müsəlmanlar eyni məsələdə həmişə eyni fitvanı qəbul edirlər? Yəni, onların bu barədə hansısa ortaq bir məxrəcləri var? Düzgün yolu hansı alimdən və nə cür öyrənmək olar?
Cavab: Fitva dini və yaxud hüquqi bir məsələdə (məsələyə dair) fikir bildirmək deməkdir. Fitva verənlər (müftilər, axundlar) bir müəllimdirlər. Onlar öz fikirlərini bildirirlər. Onların fikirlərini tutarlı və məntiqli fikir kimi qəbul edənlər bu fikirlərə əsasən əməl edirlər. Qəbul etməyənlər isə başqa bir müftidən soruşub onun verdiyi fitva ilə əməl edirlər.
Bu kimi məsələlərdə hamının ümumi bir qərara gələcəyini düşünmək düz deyil. Çünki fitva ayə və hədislərdə açıq-aydın bir hökm olmadığı vaxt verilir. Bu halda da bütün alimlərin ortaq bir fikrə gəlməyi qeyri-mümkündür. Alimlərin arasında düzgün fitva verənlər olduğu kimi, səhv fitva verənlər də olur. Müsəlmanın borcu bunları öyrənib araşdırmaqdır. Fitva verənlərdən öz fitvalarını nəyə əsasən veridklərini soruşmaq və bu fitvalardan birini seçmək lazımdır.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.