Sual: Mən qüsl etdim. 3-4 saatdan sonra gördüm ki, ayağımda quru bir şey yapışıb qalıb. Bu halda təzədən qüsl verməliyəm?
Cavab: Bir şəxs qüsl etdikdən sonra ağız və burnunu yumadığını, yaxud da bədənində hansısa bir yerin quru qaldığını başa düşsə, təzədən qül etməyinə ehtiyac yoxdur. Ancaq arxayınlıq üçün o yerləri yumaq kifayətdir. Keçən vaxt ərzində vacib bir namaz qılınıbsa, o namazı təzədən qılmaq lazımdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.