Müsəlmanlar

Vitr namazının hökmü

Sual: Vitr namazının ibadətlərimizdəki yeri nədir? Bu namaz haqqında nəql olunan hədislər nə dərəcədə səhihdir? Mən bəzi hədisləri oxumuşam amma hansının düzgün olub olmadığını dəqiq bilmirəm. Peyğəmbər bu namazı həmişə qılıb? Deyilənə görə o 1 rükət qılırmış. Mən bu barədə məzhəblərin fikirlərini də bilmək istəyirəm. Xahiş edirəm, bu barədə ətraflı məlumat verin.

Cavab: Vitr sözü tək, tək başına olan mənalarını bildirir. Vitr namazı gecə (xüftən) namazından sonra qılınan və axırı tək rükətli bir namazdır (1, 3, 5, 7… kimi). Peyğəmbərimizin gecə namazlarının axırı həmişə tək rükətli olurdu. Bu haqda gələn nəqllər qətidir. Qəti olmayan bunun sayıdır.

“Ey Quran camaatı! Vitr namazını qılın. Çünki Allah təkdir, təki sevər”. ((Buxari, Dəavat, 69; Müslim, Zikr, 5-6; Nəsai, Qiyamu-l-leyl, 27; Tirmizi, Vitr, 2; Əbu Davud, Vitr, 1.))

“Vitr haqdır. Vitri 5 rükət qılmaq istəyən qılsın. 3 rükət qılmaq istəyən qılsın və tək rükət qılmaq istəyən yenə qılsın”. ((Nəsai, Qiyamu-l-leyl, 40; Əbu Davud, Vitr, 3; İbn Macə, İqamə, 123.))

Fəqihlər bu hədisləri qiymətləndirmiş və müxtəlif nəticələrə gəlmişlər. Əbu Hənifə vitr namazını vacib qəbul edib. Əbu Hənifənin tələbələri Əbu Yusif, İmam Muhəmməd və digər 3 məzhəbin imamlarının fikirlərinə əsasən vitr namazı müəkkəd sünnədir.

Hənəfilərə əsasən vitr namazı 3 rükətdir və axırında salam vermək lazımdır.

Şafi məzhəbi isə vitr namazı barədə minimum 1, maksumum 11 rükət deyir. Bir rükətdən çox qılınacaqsa, əvvəlcə 2 rükətə niyyət etmək, sonra (axırda) salam vermək lazımdır. Bunun ardınca da vitr namazının 1 rükətinə niyyət etmək, axırda da salam vermək lazmdır.

Malikilər deyirlər ki, vitr namazı 1 rükətdən ibarətdir. Ondan əvvəl xüftən namazının vacibindən əvvəl qılınan 2 rükət müstəhəb namaz var. Bunların arasını salam verməklə ayırmaq lazımdır.

Hənbəlilər də vitr namazının 1 rükətli olduğunu deyirlər. Bununla yanaşı, onların fikrinə görə bunu 3 və ya daha artıq rükətli qılmaq da olar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.