Müsəlmanlar

Namazda başa çalma və ya araqçın qoymaq vacibdir?

Sual: Namaz qıldığımız vaxt başımızı örtməsək və ayağımıza bir şey geyinməsək, günah olar? Baçı açıq və ayaqyalın namaz qılmaq savabı azaldır? Namazı həmişə belə qılsaq, böyük bir günah olar?

Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) namaz üçün xüsusi bir paltar geyinmirdi. Onun başı həmişə örtülü olduğuna görə namazı da bu halda qılıb. İndiki dövrdə geniş vüsət aldığı kimi, üstündə namaz üçün xüsusi bir başlıq (çalma, fəs, araqçın, papaq, əmmamə, sarıq və sairə) gəzdirmirdi. Buna görə də müsəlman bir şəxs peyğəmbərimiz kimi adi hallarda (gündəlik həyatda) necə gəzirsə, namazını da o cür qılmalıdır. Əsas odur ki, geyiminin təmizliyinə və münasib olmağına diqqət yetirsin.

Kişilər namazda başı açıq və ayaqyalın dura bilərlər. Namazı bu cür qılmağın dini cəhətdən heç bir eybi yoxdur. Qətiyyən günah deyil.

Bu məsələ ilə əlaqədar başqa bir sual-cavabı buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1606.html