Müsəlmanlar
Şəriklərdən birinin öz mayasına təminat istəməyi düzdür?

Şəriklərdən birinin öz mayasına təminat istəməyi düzdür?

Sual: Mənim bir dostum öz ailə üzvləri ilə birlikdə yaxşı gəlir gətirən bir işə girdi. 50 min manat əlavə pula ehtiyacları var. Bankdan kredit götürmək istəmirlər. Mənə belə bir şey təklif etdilər: “Səni qazanca müvəqqəti (6 ay) şərik edək. Aylıq qazancın 7%-ini də sənə verək”. Ancaq görəcəkləri işin heç bir mərhələsində mən yoxam. Ona görə də tələb etdim ki, mənə onlara verdiyim pul qədər təminat versinlər. Onlara dedim ki, mən bu işdə şərik deyiləm. Siz mənə sadəcə olaraq müvəqqəti qaydada qazanca şəriklik təklif edirsiniz. Gəlin, elə edək ki, mənim şərikliyim həmişəlik olsun. Elə buna görə də sizdən verdiyim pul qədər zəmanət istəyirəm. Buna cavab olaraq dostum: “Yox əşi, daimi şəriklik faizdir, bu isə haramdır. Əgər aldığın qazanc payına da, ziyana da şərik olsan, o vaxt bu halal bir ticarət olar”, - deyir. Siz bu barədə nə deyə bilərsiniz?

Cavab: Birdən artıq şəxsin müəyyən miqdarda maya qoyub həyata keçirdikləri şəriklik “sərmayə (maya, kapital) şərikliyi (müşarəkə)” adlanır. Bu halda ziyan şəriklərin (bu şəriklikdə iştirak edən şəxslərin) öz payları nisbətində olmalıdır; götürülən qazanc (mənfəət, nəf, gəlir) isə əvvəlcədən razılaşdıqları nisbətə əsasən ola bilər. Başqa sözlə desək, əgər şəriklikdən söhbət gedirsə, arada maya və məqtu gəlir təminatı olmamalıdır. Çünki bu cür bir təminat şərikliyi aradan qaldırır və dini cəhətdən düzgün (caiz) deyil.

Yəni, tərəflərdən biri: “Mən şərik deyiləm, ancaq qazanca şərik olaram, verdiyim mayaya da təminat istəyirəm”, – deyib şərt qoya bilməz. Bu cür bir müqavilə bağlana bilməz. Ancaq heç bir gəlir gözləmədən 6 aylığına qarşılıqsız qərz (borc) versə, bu caiz (dini cəhətdən düzgün) olar. Əks halda, caiz olmaz.

Cavabı hazırladı: Sərvət Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Bu məsələ ilə əlaqədar olan digər bir yazımızı aşağıdakı keçiddən oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2525.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.