Müsəlmanlar

Sübh namazını əzan oxunan kimi qılmaq olar?

Sual: Deyilənə görə sübh namazını əzan veriləndən 15 dəqiqə sonra qılmaq lazımdır. Bu nə dərəcədə düzdür?

Cavab: Hazırki təqvimlərə əsasən imsak vaxtı həqiqi vaxtından təqribən 30-40 dəqiqə əvvəl göstərilir. Bunun səbəbi təqvim məsələsində əsas mənbə kimi qəbul olunan Qazi Əhməd Muxtar paşa tərəfindən edilən və hələ də təkrar olunan bir səhvdir. Siz səhərlər əzan oxunduqdan sonra 40 dəqiqə kimi gözləyib namazınızı ondan sonra qıla bilərsiniz.

Saytımızda bu məsələ ilə əlaqədar bir yazı var. Həmin yazını buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/2361.html

Əlavə olaraq namaz vaxtları haqqındakı keçidləri də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/namaz-vaxtlari

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.