Müsəlmanlar

İddə nə deməkdir?

Sual: Söhbət boşanmaqdan düşəndə bəzi müsəlman din xadimləri iddə sözünü işlədirlər. İddə nə deməkdir? İddə gözləməyin mənası nədir?

Cavab: Ailə həyatı başa çatan qadının təzədən ərə gedə bilməyi üçün gözləməli olduğu müddətə iddə deyilir. Boşanmanın iddə müddəti daxilində baş verməsi qadının həmin vaxt heyzdən təmizlənmiş, lakin əri ilə əlaqədə olmamış olmağı deməkdir.

İddə müddəti aybaşı olan qadın üçün 3 təmizlik periodudur. Aybaşı halında olarkən boşanma həyata keçirilə bilməz. Ona görə də belə bir qadının əri ilə əlaqədə olmadan keçirdiyi ümumi vaxt 3 aybaşı və 3 təmizlik müddətidir. Bu da 3 ayadək çəkir.

Quranda heyzdən kəsilən, heyz olmayan və yaxud hamilə olan qadınların iddəsi ilə əlaqədar olaraq belə deyilir:

“Heyzdən kəsilənlər haqqında şübhəyə qapılsanız, onların iddələri 3 aydır. Heyz görməyənlər də belədir. Hamilələrin müddətləri azad olmaqla başa çatır. Kim Allahdan çəkinsə, Allah onun işində bir asanlıq yaradır”. (Talaq, 65/4.)

Kişi bu hallarda olan arvadını hər dəqiqə boşaya bilər. Belə bir qadının iddəsi boşandığı vaxtdan başlayır.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/2282.html

http://www.muselmanlar.com/tedqiqatlar/152.html

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.