Sual: Bir kişi ölməmişdən 1 il qabaq yaşadığı evi arvadına bağışlayıb. Həmin evin hazırki qiyməti o kişinin qoyub getdiyi mirasın üçdə ikisindən çoxdur. Bu halda onun bu hədiyyəsi vəsiyyətlə eyni hesab olunur? Bu məsələ İslam dini baxımından nə dərəcədə düzgündür? Bir də deyim ki, ölən kişinin bu arvadından 2 oğlu var. Əvvəlki arvadından (həmin arvadı çoxdan ölüb) isə hal-hazırda ərdə olan bir qızı da var. Belə olan halda, 4 nəfər varisin miras payları kişinin arvadına bağışladığı ev də nəzərə alınmaqla nə cür bölüşdürülməlidir?
Cavab: Mirası qoyub gedən adamın öz arvadına mehir kimi, yaxud da hədiyyə olaraq verdiyi şeylər mirasa daxil deyil. Ancaq ölüm döşəyində və can üstündə olarkən arvadına verdiyi mal-mülk miras mallarına daxil edilir və mirasın bölüşdürülməsi məhz bundan sonra həyata keçirilir.
Sizə qalan mirası aşağıdakı kimi paylamaq lazımdır:
Mirasın səkkizdə biri ölən kişinin arvadına verilir. Yerdə qalan səkkizdə yeddisi isə uşaqlarının arasında bölüşdürülməlidir. Burada uşaqların kişinin keçmiş arvadından, yaxud da sonrakı arvadından olub olmadığına baxılmır. Hər bir oğlan 2 qız payı alır.
İndi isə bu məsələni riyazi formada həll edək:
Bütün miras mallarının 40 hissədən ibarət olduğunu qəbul edək. Kişinin arvadı bunun səkkizdə biri olan 5 payı özünə götürür. Hər bir oğlan uşağı mirasın 14 hissəsini, qız uşağı isə 7 hissəsini alır. Nəticə belə olur: 5+14+14+7=40.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.