Müsəlmanlar
Bir kişi xəstə arvadını boşamadan öz baldızı ilə evlənə bilər?

Bir kişi xəstə arvadını boşamadan öz baldızı ilə evlənə bilər?

Sual: Mən evliyəm. İki uşağım var. Arvadım xəstədir. Xəstəliyi çox ağır bir xəstəlikdir. Baldızım bizim evə gəlib gedir, evdə əl-ayaq edir. Mən ona vurulmuşam. O da məni sevir. Biz evlənə bilərik?

Cavab: İslam dininə əsasən kişi öz arvadını boşamadan baldızı (arvadının bacısı) ilə evlənə bilməz. Bu haramdır (Nisa, 4/23).

Xəstə həyat yoldaşınızı tərk etməyiniz də münasib deyil. Bəli, ola bilsin ki, o xəstə olduğuna görə ev işlərini görə bilmir və siz bu cəhətdən korluq çəkirsiniz. Buna əsasən başqa bir qadınla evlənməyə ixtiyarınız da var.

Amma unutmayın ki, baldızınızı alsanız, onsuz da naxoş olan arvadınız tamamilə sarsılacaq. Siz onu Allahın əmanəti kimi almısınız. Yaxşı günlərdə olduğu kimi, pis gündə də birlikdə olmalısınız. Səbrli olun və arvadınızı müalicə etdirin.

Bundan sonra baldızınızdan da mümkün qədər uzaq durun ki, şeytan siziə tələyə salıb yoldan çıxartmasın.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.