Sual: Mən zərgərəm. Qızıl alıb satıram. Bəzən elə olur ki, qızıl hələ seyfdən çıxmamış satılır. Bir nəfər gəlib qızılın qiymətini soruşur. Mən də (misal üçün) deyirəm ki, 105 manatdır. O həmin məbləği ödəyir və qızıl onun olur. Mən isə deyirəm ki, al, sənə 100 manat verim, qızıl məndə qalsın. Alıcı razılaşır. Pulunu (100 manat) ona verirəm. Mənim gördüyüm bu iş dini cəhətdən düzgündür?
Cavab: Bu cür bir iş dini baxımdan düzgün deyil. Çünki pula çevrilmək xüsusiyyətinə malik olan malları alıb-satmaq məsələsində müəyyən qaydalara tabe olmaq məcburidir.
Bu cür malların alış və satışından əsas qayda budur: Malların növü (cins) eynidirsə, miqdarlar bərabər, alış-satış əməliyyatı nağd və malın təhvil verilməyi əldən-ələ (elə oradaca, dərhal) olmalıdır. Əgər malların cinsləri fərqlidirsə (sualınızda qeyd etdiyiniz pul ilə qızılın dəyişdirilməsi kimi), alış-satış nağd, malın təhvili əldən-ələ və o günün qiymətinə, yəni, bir növ məzənnəyə əsasən olmalıdır.
Cavabı hazırladı: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.