Müsəlmanlar
Qanunsuz malı almaq günahdır?

Qanunsuz malı almaq günahdır?

Sual: Ölkəyə qanunsuz gətirilən (telefon və sairə kimi qaçaq) bir malı almaq günahdır?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, qaçaqmalçılıq qanuni bir şey deyil. Hansısa bir malı ölkəyə qanunsuz yolla gətirmək və satmaq qeyri-qanuni bir əməldir. Əgər siz belə bir şeyi satın alırsınızsa, bu o deməkdir ki, həm özünüzü, həm də başqalarını pis vəziyyətdə qoyursunuz.

Əslində bu məsələyə bəndə haqqı baxımından da yanaşmaq lazımdır.  Əlavə olaraq, indiki dövrdə müvafiq təşkilatlar tərəfindən elə texnologiya sistemləri yaradılıb ki, satın alınan qeyri-qanuni mobil telefonların işlədilməsinin qarşısını alır və beləcə, onların istifadə edilməsinə mane olur. Nəticədə mobil telefonlar heç bir şəbəkəyə qoşula bilmir.

Qeyri-qanuni bir malı almaq həmin malı satan şəxsin tədavülə daha çox qanunsuz mal buraxmağına gətirib çıxardır. Bu da nəticə etibarilə qanuni fəaliyyət göstərən və düzgün işləyən insanları xeyli dərəcədə ziyana salır. Yəni, bu hal baş verdikdə qanunsuz mal satan şəxs haqsız yerə qazanc əldə edir. Elə isə bunun qarşısını almaq üçün siz də bir vətəndaş kimi belə malları satın almamalısınız. Yuxarıda da qeyd etdiyimiz kimi, buna dində də icazə verilmir.