Müsəlmanlar

Ana öldü. Əri, 1 oğlu və 4 qızı qaldı. Miras necə paylanmalıdır?

Sual: Anam rəhmətə getdi. Ölməmişdən qabaq belə demişdi: “Bu ev oğlumundur. Yerdə qalan filan hissə bu 4 qızımın, digər kiçik hissə də atanızındır”. Anamın bu mal-mülkü ona öz atasından qalmışdı. Biz (ata, 1 oğul və 4 qız) mirası öz aramızda necə bölüşdürməliyik? Anamın sözünü əsas götürəkmi? Bizdən başqa varis də yoxdur.

Cavab: Burada ananızın dediyini yerinə yetirməməlisiniz. Çünki Allah Təala mirasın varislərin arasında necə bölüşdürülməli olduğunu açıq-aydın surətdə izah edib. Buna əsasən mirası 8 hissəyə bölmək lazımdır. Mirası qoyub gedən qadının əri (sizin atanız) mirasın birdə dördü olan 2 payı, hər bir qız uşağı 1 pay (ümumilikdə 4 pay), tək oğlan (qardaşınız) isə 2 hissə almalıdır.

Qurani Kərimdəki hökmü Allah belə izah edir:

“Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri (malın) yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz (malın) səkkizdə bir hissəsi onlara çatır. Əgər (vəfat etmiş) kişinin və ya qadının valideyni və övladı yoxdursa, (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Bu bölgü,) (vərəsələrə) (zərər yetirməmək şərti ilə )vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra (aparılır). (Bunlar) Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.” (Nisə 12)

Mirasla əlaqəli hər cür sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Dini Elmi Sayt