Müsəlmanlar
İman əql vasitəsilə olmalıdır?

İman əql vasitəsilə olmalıdır?

Sual: Biz əql (ağıl) vasitəsilə iman etməliyik? Yəni, qəlb ilə iman gətirib dil ilə bunu ifadə edirik. İmanımızın bütöv olmağı üçün ağlımız ilə bunu təsdiq etməliyik? Əgər iman insanın ağlına batmırsa, nə qədər güclü ola bilər və zidd fikirlərə qarşı necə durar?

Cavab: İmanın birinci şərti olan kəlmeyi-şəhadətdə belə deyilir:

“Mən şahidlik edirəm ki, Allahdan başqa tanrı yoxdur. Mən şahidlik edirəm ki, Muhəmməd onun bəndəsi və elçisidir”.

Şahidlik etmək bir hadisəyə şahid olmaq, onu görmək deməkdir. Hadisəni görməyənə şahid deyilmir. Biz Allahı görə bilmərik, amma apardığımız müşahidələrlə onu gözümüzlə görmüş kimi qavrayır, ondan başqa tanrı olmadığını anlayırıq. Əgər diqqət yetirdinizsə, biz: “Mən eşitdiyimə görə” və yaxud: “Mənə deyildiyinə əsasən Allahdan başqa tanrı yoxdur”, – demirik. Belə deyirik: “Mən şahidlik edirəm”. Yəni, “hadisədən gözümlə görmüş kimi qəti surətdə xəbərdaram, onu bilirəm”. Bu da onu göstərir ki, ağlımıza qəbul etdirməmiş iman edə bilmərik.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.