Sual: Məni bir sual düşündürür. Görəsən, dini bayramlarda ər-arvadın cinsi əlaqədə olmağı qadağandır, yoxsa yox?
Cavab: Xeyr, dini bayramlarda, yəni, Ramazan və Qurban bayramlarında ər-arvadın bir-biri ilə intim münasibəti dini cəhətdən qadağan deyil. Cinsi əlaqədə olmaq Cümə gecəsi, Ramazan ayının gecələri kimi mübarək gecələrdə də azaddır.
Ər-arvadın arasında cinsi əlaqənin qadağan olduğu vaxtlar qadınların aybaşı və yaxud zahı halında olduqları günlərdir. Bu barədə aşağıdakı keçiddən əlavə məlumat ala bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1327.html
Əlavə olaraq cinsi əlaqə ər-arvadın etikafda, eləcə də Həcc və Ömrə ziyarətləri vaxtı – ehramlı vəziyyətdə olduqları halda qadağandır.
Bunlardan başqa ər-arvadın arasında cinsi əlaqə barədə heç bir qadağa və xüsusi bir gün filan yoxdur.
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.