Sual: Atdan, ceyran, maral və cüyür kimi halal olan ov heyvanlarından qurban olar?
Cavab: At, eləcə də ceyran və digər oxşar ov heyvanlarından, toyuq, xoruz, qaz və sairə kimi ev quşlarından qurban olmaz. Çünki Quranın Həcc surəsinin 28 və 34-cü ayələrinə əsasən qurban kəsilən heyvanlar ənam cinsindən olmalıdır. Ənam surəsinin 143 və 144-cü ayələrindən izah edilir ki, ənam “səkkiz cüt”dür. Yəni, qoyun, keçi, inək və dəvənin erkəyi və dişisi olmalıdır. Bu heyvanlardan başqa heç bir heyvandan qurban olmaz. Lakin, Sibir bölgələrində ov heyvanı olmaqdan çıxmış və ənam cinsi kimi ev heyvanı olaraq saxlanılan Marallar bu qaydadan istisna edilə bilər. Çünki, orada yaşayan insanların əlində olan heyvan cinsi təkcə marallardan ibarətdir.
Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.