Müsəlmanlar

Qurban bayramında balalayan heyvanı və balasını kəsmək olar?

Sual: Qurban bayramı günü balası doğulan heyvanı və balasını kəsmək olar?

Cavab: Hənəfi məzhəbində belə bir qayda var: “Qurbanlıq bir heyvan kəsilməmişdən qabaq balalasa, onun balasını da özü ilə birlikdə kəsmək lazımdır. Çünki bala anasından asılıdır. Əgər balası kəsliməsə və satılsa, onun pulunu sədəqə vermək lazımdır”.

Ancaq vəziyyət Qurani-Kərimdə necə deyərlər, başqa cürdür. Belə ki, Həcc surəsinin 36-cı ayəsinə əsasən bir heyvan yaşını tamamlamalıdır ki, onu qurban kəsmək mümkün olsun. Yaşını tamamlamayan bir heyvan qurban olmaz. Buna görə də balanı kəsməyib sonra qurban kəsmək məqsədilə saxlamaq və yaxud satıb pulunu sədəqə kimi vermək lazımdır.

Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?