Sual: İslamın şərtləri və 32 fərz (vacibat) sadalandığı vaxt nə üçün təsəttür (hicab) də bunlara daxil edilmir?
Cavab: Camaatın arasında İslamın şərtləri, eləcə də, imanın şərtləri kimi məlum olan məsələləri yaxşı bilmək lazımdır. Kəlimeyi-şəhadət, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və Həccə getmək İslamın əsaslarıdır. Buradan belə bir nəticəyə gəlmək olmaz: “İslamın bunlardan başqa bir şərti yoxdur”.
Məgər ata-anaya yaxşı baxmaq və onlarla yaxşı rəftar etmək, düzgün olmaq, sözünə bütöv olmaq, yaxşılığı əmr edib (əl-əmru bil-məruf), pislikdən çəkindirmək (ən-nəhyu anil-munkər), cihad etmək, zina və faiz kimi haramlardan uzaq durmaq və sairə kimi şeylər də İslamın şərtləri deyil? Bunları qəbul etməyən, inkar edən də İslamdan çıxır. Başqa sözlə desək, Allahın əmrlərinin arasında ayrı-seçkilik qoymaq olmaz.
Allah Təala belə buyurur:
“İndi siz o Kitabın bir qisminə inanıb, o biri qismini inkar edirsiniz? Sizdən bunu edənin layiq olduğu şey nədir? Bu həyatda pəjmürdə olmaqdan başqa bir şeymi? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”. ((Bəqərə, 2/85.))
Hicab, yəni, qadının örtünməyi də Allahın qəti buyuruqlarından biridir. Bunu bilə-bilə inkar edən kafir olar. Lakin bunun kimi Allahın ən kiçik əmrini belə, bəyənməyib, inkar edən də dindən xaric olar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.