Müsəlmanlar
Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir?

Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir?

Sual: Mən bir az tündxasiyyətəm. Əxlaqımı yaxşılaşdırmaq istəyirəm. Mənə bu nöqteyi-nəzərdən nə məsləhət görərdiniz?

Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) vəfat etdikdən sonra insanlar onun əxlaqının necə olduğuna dair suallarını gəlib,  xanımı Aişədən (r. a.) soruşurdular. O da müqabilində belə cavab verirdi:

“Siz heç Quran oxumursunuz? Peyğəmbərin əxlaqı Quran idi”. ((Müslim, Səlatul-Müsafirin (yol üstündə olanların namazı), 139 (746).))

Aişə anamızın cavabı sizin sualınızın cavabını da əhatə edir. Çünki gözəl əxlaq məhz Qurandır. Peyğəmbərimizin əxlaqına yiyələnmək, Allahın Quranda buyurduğu əmrlərə müvafiq rəftar etməkdir. Əgər siz Quranın buyurduğu şeyləri yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinsəniz, əxlaqınız da gözəl olar, həyatınız da! Allah Təala belə buyurur:

“İstər kişi olsun, istərsə də qadın, kim mömin olaraq gözəl işlər görsə, əlbəttə ki, biz ona gözəl bir həyat yaşadacaq və onları ən yaxşı əməllərini əsas götürüb, mükafatlandıracağıq. Pisliklərini bağışlayacağıq”. ((Nəhl, 16/97.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.