Müsəlmanlar
Haram yem yeyən heyvanın əti halaldır?

Haram yem yeyən heyvanın əti halaldır?

Sual: Haram olan heyvan mənşəli bir yemlə (misal üçün, qan və donuz sümüyü unundan hazırlanan minerallar) və ya haram olan bir maddə ilə qidalanan heyvanın əti halaldır? Heyvanların qidalanması və yemlərdə nəyə fikir vermək lazımdır? Belə bir heyvanı (iribuynuz, xırdabuynuz və qanadlı heyvanlar) kəsməmişdən qabaq bir müddət kənarda saxlamaq lazımdır?

Cavab: Halal və haram insanlar üçündür. Yəni, bu məfhumlar insanlar üçün qüvvədədir. Leş və qan kimi murdar şeyləri heyvanlar yeyə bilər. Əgər bu şeylər heyvana xəstəlik verirsə, yaxud da bəzi mikrobların heyvanların vasitəsilə insanlara yoluxmağına səbəb olursa, heyvan yaxşılaşmamış və mikrob bədənindən təmizlənməmiş onu yemək caiz olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.