Sual: Dini ədəbiyyatda, daha doğrusu, bəzi dini kitablarda belə bir söz işlədilir: “Namaz möminin meracıdır”. Bu söz hədisdir? Əgər hədisdirsə, mötəbər (səhih) hədisdir?
Cavab: “Namaz möminin meracıdır” sözü daşıdığı məna baxımından düzgün olsa da, hədis mənbələrində qeyd olunmayıb. Yəni, peyğəmbərimizə (s. a. v.) aid bir söz kimi isbat oluna bilməyib.
Bu söz Fəxrəddin Ər-Razi və Alusi kimi alimlərin təfsirlərində var. Fəxrəddin Ər-Razi onu bir hədis kimi nəql edib. Lakin buna baxmayaraq harada qeyd olunduğunu və kimin tərəfindən rəvayət edildiyini bildirməyib. ((Baxın: Fəxrəddin Ər-Razi, Ət-Təfsirul-Kəbir, 1-ci cild, s. 226, “Surədən İxrac Edilən Əqli İncəliklər” bölməsi və Alusi, Ruhul-Məani, 10-cu cild, s. 453, Tövbə surəsinin 74-cü ayəsinin təfsiri.))
Peyğəmbərin (s. a. v.) bir hədisində qulun (bəndə) Allaha ən yaxın olduğu vaxtın səcdə olduğunu deməyi namaz qılan hər bir möminin mənəvi cəhətdən meraca yüksəlməsi kimi şərh olunub.
Əbu Hüreyrə (r. a.) belə nəql edir:
“Rəsulullah (s. a. v.) buyurdu:
“Qul Rəbbinə ən çox səcdədə yaxın olur. Elə isə səcdədə çox dua edin”. ((Müslim, Səlat (namaz), 215 (482); Əbu Davud, Səlat, 152.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.