Müsəlmanlar

Hansı zikr kıtabını oxumaq lazımdır?

Sual: Quran Rəd surəsinin 28-ci ayəsində deyilir ki, hidayətə çatanlar iman edən və qəlbləri Allahı yada salmaqla (zikr) aram olan kəslərdir. Deyilir ki, qəlblər ancaq Allahı zikr etməklə təskinlik tapar. Mən də mənəvi çətinlik çəkən bir adamam. Allahın zikr etmək istəyirəm. Lakin zikrlə əlaqədar kitabların hamısı təriqət kitablarıdır. Mənə elə bir əsər məsləhət görün ki, onun vasitəsilə Allahı düzgün qaydada zikr edim.

Cavab: Biz sizə ancaq Quranı məsləhət görə bilərik. Çünki o ən böyük zikrdir.  Çünki Quran oxunduqca insanı rahatlığıa qovuşdurur. Quran insanlar üçün bər rəhmət və şəfadır.

“Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olan (dərdlərə) bir şəfa, möminlər üçün bir hidayət və rəhmət gəlib”. (Yunus, 10/57)

“Biz Qurandan elə bir şey nazil edirik ki, həmin şey möminlərə şəfa və rəhmətdir. Zalımların isə ancaq ziyanını artırır”. (İsra, 17/82)

Məlum olduğu kimi, Quranın digər bir adı da zikrdir.

“O zikri (Quran) biz endirdik və əlbəttə ki, onu Biz qoruyacağıq”. (Hicr, 15/9)

Allah Təala Quranı Zikr kimi təsvir edir və qəlblərin ancaq bu zikri oxumaqla aram olub təskinlik tapdığını bildirir:

“(Onlar) iman gətirənlər və ürəkləri Allahın zikri ilə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahın zikri ilə aram olur”. (Rəd, 13/28)

Deməli, çoxlu Quran oxumaq lazımdır.

Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar bir yazını oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/513.html

Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.