Müsəlmanlar
Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir?

Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir?

Sual: Cənabət halda qalmağa dini cəhətdən necə baxılır? Nə qədər vaxt cünub halda qalmaq olar? Həm də: “Mən onsuz da namaz qılmıram, yuyunmayıb cənabət qalsam, nə olacaq ki!”, - deyə, fikirləşənlər var. Belələri haqqında nə demək olar?

Cavab: Cənabət halı, yəni, cünub olmaq namaz qılmağa maneə təşkil edir. Ona görə də cənabət olan bir şəxs namazı öz vaxtında qıla bilmək üçün yuyunmalıdır. Amma namazın vaxtınadək cənabət halda qala bilər. Bundan artıq gözləməyi, yəni, yuyunmamağı (qüsl almaq) düzgün deyil.

Məsələnin bu cəhəti ilə əlaqədar olaraq aşağıdakı keçiddən ətraflı məlumat ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1405.html

Qüsl etmək namaz üçün şərtdir. Lakin bu qətidir ki, özü haqqında: “Mən müsəlmanam”, – deyən insan mütləq namaz qılmalıdır. Yəni, müsəlmanın namaz qılmamağından söhbət gedə bilməz. Namazı qəzaya da saxlamaq olmaz. Bir namazı öz vaxtında qılmayan insan ömür boyu namaz qılsa da, vaxtında qılmadığı həmin namaz borcunu ödəyə bilməz.

Geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/qeza-namazi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.