Müsəlmanlar
İslam əhli olmayanlara bəxşiş vermək olar?

İslam əhli olmayanlara bəxşiş vermək olar?

Sual: Müsəlman bir şəxs müsəlman olmayan bir nəfərə hədiyyə, pay, bəxşiş və sovqat kimi şeylər verə bilər? İslam dinində bu barədə nə deyilir?

Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Quran ayələrinə – Allahın kəlamına əsasən biz müsəlmanların müsəlman olmayanlarla münasibətlərimizdə 3 qırmızı xəttimiz var:

1) Onların bizimlə dinimizə görə müharibə etmələri;

2) Bizi yurd-yuvamızdan çıxartmaqları;

3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.

Biz bu qırmızı xətləri keçənlərlə, necə deyərlər, bu sərhədləri pozanlarla dostluq əlaqəsi qura bilmərik. Amma bunların xaricində qalan, yəni, bizə qarşı bu cür hərəkət etməyən qeyri-müsəlmanlarla yaxşı münasibətlər yarada bilərik. Başqa sözlə, hədiyyə və hədiyyə qəbilindən şeylər verib, ala bilərik.

Bu məsələ ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/arasdirmalar/434.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.