Sual: İslam hüququ (fiqh) və üsuli-fiqh (İslam hüququ metodologiyası) kitablarında belə bir cümlə var: “Qəza ədanı amir olan (əmr edən) dəlilin bir hissəsidir”. Bu o deməkdir ki, bir şeyi, yaxud da ibadəti vaxtında yerinə yetirməyi vacib hesab edən əmr öz vaxtında yerinə yetirilməmiş bir vəzifənin (vacibin) qəzasını da vacib edir. Bu düz deyil? Bu məsələyə qəza namazı və namazın qəza edilməsi çərçivəsində bir aydınlıq gətirməyinizi xahiş edirəm.
Cavab: Namaz Qurani-Kərimdə vaxtla məhdudlaşdırılıb; yəni, bu cür müəyyən olunub:
“Namaz iman gətirənlərə vaxtları müəyyən edilmiş qaydada vacib edilmişdir”. (Nisa, 4/103)
Odur ki, bu, qəzanın ədanı amir olan bir dəlilin hissəsi olmağına maneə təşkil edir. Belə olan halda, daha doğrusu, belə olsa, namazın müvəqqət ((Vaxtla məyyənləşdirilmiş olmaq.)) xüsusiyyəti aradan qalxar.
Əgər Nisa surəsinin 101, 102 və 103-cü ayələrini diqqətlə nəzərdən keçirsəniz, görərsiniz ki, Allah Təala döyüş vaxtı belə, 1 rükət olsa da, namazın qılınmağını tələb edir və tərk olunmağına qətiyyən icazə vermir. Bunun səbəbi isə yuxarıda da qeyd edildiyi kimi, namazın vaxtla müəyyən olunmuş bir ibadət olmağıdır. ((Baxın: Nisa surəsi, 103-cü ayə.))
Deməli, yatıb yuxuya qalmaq və yaddan çıxarmaq halları xaricində insanın başının qatışıq olduğu müharibə dövründə belə, namazın öz vaxtından başqa bir vaxtda qılınmağına icazə verilmir. Buna görə də üzrsüz yerə tərk olunan, yəni, qılınmayan namaz qəza olunmur. Başqa sözlə, namaz öz vaxtından başqa bir vaxtda qılına bilməz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.