Müsəlmanlar
Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib?

Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib?

Sual: Quranın Münafiqun surəsində münafiqlər haqqında danışılır. Bu ayələri necə başa düşmək lazımdır? Bir sözlə, peyğəmbərin dövründə münafiqlərə qarşı hansı tədbirlər görülüb?

Cavab: Din ana imtahan sahəsidir. İnsan hər hansı bir dini qəbul və ya rədd edə bilər. Yalan bir din seçərsə axırına çatar. Doğrunu seçmək üçün də çalışması lazımdır. Bu cür hallar cəza hüququ sahəsinə girməz. Bunun yaradacağı sıxıntılara qatlanmaq gərək olar. Allah Təala belə buyurur:

«Mallarınız və canlarınız barəsində böyük bir imtahandan keçiriləcəksiniz; bir də sizdən öncə Kitab verilənlərdən və müşriklərdən çox söz eşidəcəksiniz, bunlardan qaçmaq olmaz. Əgər səbr edər, qorunarsanız, bax, bu qərarlıq lazım edən işlərdəndir.» (Ali-İmran, 186)

Üzücü söz və həqarət qırmızı cizgilərdən olmadığı üçün belələrinə qarşı səbrli, tədbirli və qərarlı olmaqdan başqa bir yol göstərilməmişdir. Peyğəmbərimiz (ə) əvvəlcə müsəlman olan, sonra dindən dönən və problem qaynağı olan ikiüzlülərdən çox çəkmiş, amma onları cəzalandırmamışdır. Münafiqun surəsi bu baxımdan önəmlidir. Uca Allah buyurur:

«O münafiqlər yanına gəldikləri zaman: «Biz şahidik ki, sən həqəiqətən Allahın Elçisisən» dedilər. Allah bilir ki, sən əlbəttə, Onun Elçisisən. Amma Allah şahiddir, o münafiqlər yalançıdırlar. Əmin olduqlarını qalxan edib Allahın yolundan çəkildilər. Nə pis davranırlar! Bu ondandır: onlar əvvəlcə inandılar, sonra kafir oldular. Sonra qəlblərində yeni bir şey yarandı, artıq anlamazlar. Onları gördüyün zaman cüssələri səni həvəsləndirir. Danışarlarsa nitqlərini dinləyirsən. Sanki dayalı kötüklər kimidirlər. Hər gurultunu əleyhlərinə sanarlar. Bax, düşmən onlardır. Onlara qarşı diqqətli ol. Allah canlarını alsın, necə də yalana sürüklənirlər!

Onlara: «gəlin, Allahın Elçisi sizin üçün bağışlanma diləsin» deyildiyi zaman başlarını çevirərlər. Baxarsan ki, özlərini bçyük görərək geri çəkilirlər. İstər bağışlanmalarını dilə, istər   diləmə, dəyişməz. Allah onları bağışlaycaq deyildir. Çünki Allah qarışdırıcılar toplumunu yola gətirməz.

Onlar bu sözü belə söylədilər: «Allahın Elçisinin yanındakılarına bir şey verməyin, dağılıb getsinlər.» Elə isə göylərin və yerin xəzinələri Allahındır, amma o münafiqlər anlamazlar. Belə dedilər: «hələ Mədinəyə dönək, güclü olan gücsüz olanı əlbəttə sürüyüb çıxaracaqdır.» Elə isə güc Allahdadır, Elçisindədir və inananlardadır, amma münafiqlər bilməzlər.» (Münafiqun, 1-8)

Zeyd bin Erkam bu ayələrlə bağlı bunları anlatmışdır: peyğəmbər (ə) birlikdə bir döyüşə getmişdik. Ordu sıxıntılar içində idi. Abdullah bin Ubeyy yoldaşlarına belə dedi: «Allahın Elçisinin (ə) yanındakılara nafaka verməyin ki, dağılsınlar. Hələ Mədinəyə dönək, güclü olan gücsüz olanı oradan çıxaracaqdır.» Bunu dərhal Peyğəmbərə (s.a.s) xəbər verdim. Abdullah bin Ubeyyi çağırıb sorğuladı. O, da belə bir şey söyləmədim, deyərək and içdi. «Zeyd yalan söylədi» dedilər. Bu mənə çox ağır gəldi. Sonra Allah Təala Münafiqun surəsini nazil etdi.

Almalılı Məhəmməd Həmdi Yazır şərhlə bunları deyir:

Abdullahın qövmü içərisində etibarı vardı, böyük sayılırdı. Üseyd bin Xudayr gəldi. «Ey Allahın Elçisi!» dedi. «Ona fikir vermə, yumşaq davran. Vallahi, Allah səni göndərdiyi sırada qövmü ona tac geydirmək üçün muncuq düzürdü. O, səni krallığını əlindən almış görür.»

Abdullah bin Ubeyyin oğlu Abdullah təmiz bir mömin idi. Atasının etdiklərini öyrənincə Allahın Elçisinin (s.a.s) hüzuruna gəldi. «Ey Allahın Elçisi! Eşitdim ki, Abdullah bin Ubeyyi sizə çatan sözünə görə öldürmək istəyirmişsən. Əgər edəcəksiniz, mənə əmr edin başını gətirim. Vallahı, bütün Həzrəc bilir ki, içlərində atasına məndən sayğılısı yoxdur. Qorxuram ki, başqa birinə əmr edərsiniz, o atamı qətl edər, mən də atamın qatilinin xalq içində gəzməsinə dözə bilməyib, tutar onu vuraram. Bir mömini bir kafirə qarşılıq öldürmüş olur, bu səbəblə də atəşə girərəm.» dedi. Allahın Elçisi (ə) belə buyurdu:

«Xeyr. Biz onunla yumşaq davranırıq. Aramızda olduğu müddətcə yaxşı davranırıq.»

Abdullahın davranışı hər nə qədər çox pis idisə də, qırmızı cizgini çiynəmədiyi üçün yuxarıdakı ayələr gərəyincə Peyğəmbərimiz (s.a.s) onunla yaxşı davranmışdır. Bu kimilərini ən çox narahat edən şey həqiqətin söylənməsidir. Ayələrdə olduğu kimi yalan hərəkətlərini sayıb tökdükdən və cəza haqq etdikləri məsələsində ictimai rəy yaratdıqdan sonra yaxşı davranılması onları təkliyə sürükləyər və ətrafındakılar belə onları tərk etməyə başlayarlar. Necə ki, Peyğəmbərimizin (s.a.s) yaxşı davranışı Abdullahın çevrəsindəkilərə İslamı qazandırmışdır. ((Mənbə: Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Azərbaycan dilinə uyğunlaşdıran İsmayılova Könül, s. 275-276.))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.