Müsəlmanlar
Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz?

Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz?

Sual: Siz saytınızda qeyd etmisiniz ki, çəyirtkə yemək olar. Lakin bununla əlaqədar cavaba əsasən peyğəmbər (s. a. v.) 2 hədisdə ayrı-ayrı işlər görüb. Deməli, bu hədislərdən biri səhih hədis deyil. Belə olan halda, bu məsələyə dair fikrinizə təzədən nəzər yetirə bilərsiniz?

Cavab: Çəyirtkə ilə əlaqədar olaraq İbn Macə və Əbu Davudun külliyatında qeyd olunan: “Onlar Allahın ən gur ordularıdır. Onu nə yeyərəm, nə də haram edərəm”, – hədisi mürsəl (sənədindən bir əshabənin qopduğu hədis) olduğuna görə səhih (mötəbər) deyil. Yəni, alimlər bu hədisi deyil, çəyirtkə yeməyin caiz olduğuna dair hədisi əsas tutublar. Bu məsələdə alimlərin arasında icma (həmrəylik) yaranmağı da bu səbəbə əsaslanır.

Xahiş edirik, çəyirtkə yeməklə əlaqədar fitvamızı oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/462.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.