Müsəlmanlar

Mirasda əkin yerləri və torpaq sahələrini necə bölüşdürmək lazımdır?

Sual: Biz 2 oğlan, 3 qız olmaqla 5 uşağıq. Atamızdan bizə miras qalan bir torpaq sahəsi satıldı. Amma həmin torpaq sahəsi bu yaxınlara qədər əkin-biçin yeri kimi idi. Başqa sözlə desək, sonradan - şəhərləşmə prosesi nəticəsində bina tikmək üçün münasib bir torpaq yeri halına gəldi. Mən bilirəm ki, əkin-biçin yeri xüsusiyyətinə malik olan bir torpaq sahəsini qız və oğlan uşaqlarının arasında bərabər qaydada bölüşdürmək lazımdır. Əgər məsələ mənim düşündüyüm kimidirsə, həmin torpağı satdıqdan sonra pulu oğlan və qız uşaqlarının arasında nə cür bölmək lazımdır? Əkin-biçin yeri kimi qəbul edib, hamıya eyni məbləğdə pul vermək lazımdır, yoxsa oğlanlara 2, qızlara 1 pay? Mənim o biri qardaşım istəyir ki, ikiyə bir paylansın. Mən isə deyirəm ki, gəlin, belə edək: Bacılarımızın da vəziyyətini nəzərə alaq və onlara 1, oğlanlara isə maksimum 1,5 pay verək. Beləcə, anamız da qızlarla eyni miqdarda pay alsın. Əgər mən bu məsələdə təkid etsəm və mirası bu cür bölüşdürsəm, o isə buna tam razılıq verməsə, o biri qardaşımın mənim boynumda bir haqqı qalarmı?

Cavab: Osmanlı dövlətinin dövründə dövlət xəzinəsinə məxsus olan torpaqlardan camaat istifadə edir və bunun müqabilində icarə pulu verirdi. İcarədar kimi fəaliyyət göstərən həmin şəxslər öldükləri vaxt torpaqdan kimin istifadə edəcəyini dövlət müəyyən edirdi. Son dövrlərdə isə düzgün istifadə hüququ miras kimi keçməyə başladı və belə ərazilər qızla oğlanın arasında bərabər qaydada bölüşdürüldü.

Sizin qeyd etdiyiniz yer istər torpaq sahəsi, istərsə də əkin-biçin yeri olsun, mülkiyyəti sizə aid olan bir yer olduğuna görə yuxarıdakı hökmə tabe deyil. Yəni, həmin hökm bu barədə qüvvədə deyil.

Siz İslam dinindəki hökmlərə əsasən o torpağı 8 yerə bölməli, ananıza və 3 bacınızın hər birinə 1 hissə verməlisiniz. 2 pay da oğlanlara (qardaşlara) düşür. Əgər siz özünüz bacılarınıza və ananıza artıq bir şey vermək istəyirsinizsə, bunu məhz öz payınızdan verməlisiniz.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.