Müsəlmanlar
İstişhad aktları barədə fikrinizə təzədən nəzər yetirərsinizmi?

İstişhad aktları barədə fikrinizə təzədən nəzər yetirərsinizmi?

Sual: Mən sizin yazılarınızı oxuyur və video-konfranslarınızı izləyirəm. Sizin elminizdən xüsusilə fiqh sahəsində istifadə edirəm. Amma deməliyəm ki, istişhad aktları haqqındakı fikrinizi düzgün hesab etmirəm. Mən belə düşünürəm ki, siz bu məsələdə səhvə yol vermisiniz. Burada söhbət Fələstindəki müqavimət hərəkatından gedir. Bir çox din xadimi buna fitva verir. Odur ki, xahiş edirəm, siz də öz fitvanıza təzədən nəzər salasınız.

Cavab: Diqqətinizə görə təşəkkür edirik. Ancaq elmdə: “Mən belə hesab edirəm”, “Cavabınızı bəyənmədim” kimi sözlərin və emosionallığın yeri yoxdur. Bizi maraqlandıran yeganə məsələ Allahın ayələridir. Ayələri bir kənara qoyub, fitva vermək özünü Allahın yerinə qoymaq deməkdir. Bu, Allahın heç vaxt bağışlamadığı şirk günahıdır.

Əgər ayələrə əsasən bizə qarşı bir cavab hazırlaya bilsəniz, ondan məmnuniyyətlə istifadə edərik. Əgər siz hazırlaya bilmirsinizsə, aşağıdakı keçiddə mövcud olan müsahibəmizi bunu yerinə yetirə biləcəyinə inandığınız şəxslərə göndərin. Onlar emosionallıqdan kənar, ayələrə əsaslanan, tamamilə elmi bir cavab hazırlasınlar. Elm belədir. Düzgün olan və olmayan şeylər bu yolla üzə çıxır. Belə etsəniz, axırda bütün ümmət çıxan faydalı nəticədən istifadə edə bilər. Əgər bu cür yox, məhz bir sıra emosional sözlərlə hərəkət etsəniz, biz dinə tabe olmarıq. Əksinə, dini özümüzə tabe etmiş olarıq.

Yuxarıda qeyd etdiyimiz müsahibənin mətni ilə buradan tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/musahibeler/2103.html

QEYD: İslam dininin terrora münasibəti ilə əlaqədar bir əsərlə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/kitablar/2127.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.