Müsəlmanlar
Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər?

Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər?

Sual: Ayaqlarında problemi olan bir qadın var. Qıçları qatlanmır. Divanın üstündə namaz qılır. Bir ayağını aşağı endirir və yastığın üstündə səcdə edir. Onun bu cür namaz qılmağı düzdür? Əgər düzgün deyilsə, namazını necə qılmalıdır?

Cavab: Səcdə etmək üçün yastıqdan istifadə etməyinə ehtiyac yoxdur. Oturduğu yerdə namazını işarə ilə qıla bilər. Rükuda bir az qabağa əyilməyi, səcdədə isə rükudakından bir az da aşağı əyilməyi kifayətdir. Namazını bu cür qıla bilər.

Sualınızla əlaqədar olaraq geniş bir cavabı buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2006.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.