Sual: Bu günlərdə söz-söhbət gəzir ki, Nuhun gəmisi Ağrı dağında tapılıb. Elm adamları isə deyirlər ki, 4000-4500 il bundan əvvəl olan hadisənin izlərini tapmaq o qədər də mümkün deyil. Digər tərəfdən Quranın Ənkəbut surəsinin 15-ci ayəsində Allah bildirir: “Amma Nuhu və onunla birlikdə gəmidə olanların hamısını xilas etdik və bunu bütün insanların qabağına bir işarə (ayə) kimi qoyduq”. Sualım budur: Biz bu ayəni: “Alah insanlar üçün bir işarə olsun deyə, gəminin qalıqlarını qorudu”, - kimi başa düşə bilərik?
Cavab: Ənkəbut surəsinin müvafiq ayəsindən həm tufan hadisəsinin bir görk kimi həmişə yadda qalacağını, həm də gəminin qalıntılarının qorunacağını başa düşmək olur. Bu ayə də onu göstərir:
“And olsun ki, onu (o gəmini) bir ibrət olsun deyə, saxladıq. Amma heç yada salıb dərs götürən var? Bir gör, mənim əzabım və qorxutmağım necədir?”. (Qəmər, 54/15-16)
Ağrı dağında gəminin özü yox, qalıqları ola bilər. Çünki Quranda Nuh peyğəmbərin gəmisi barədə belə deyilir:
“Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Əslində, onunla birlikdə az adam iman gətirmişdi”. (Hud, 11/40. “Ə. M”)
Gəmiyə hər canlıdan bir cüt götürülüb. Ona görə də bu gəminin indi deyildiyi kimi, sadəcə olaraq 12 metr böyüklüyündə olduğunu demək mmkün deyil. Əgər aparılan tədqiqatlar davam etsə, həqiqi tapıntılara rast gəlmək olar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.