Sual: İnternet şəbəkəsində bəzi saytlar auksion vasitəsilə müxtəlif şeylər satır. Misal üçün desək, bu kimi saytların birində hər təzə təklifdə satışa çıxardılan şeyin qiyməti qəpik-qəpik artır. Ancaq təklif vermək haqqı üçün də saytdan təklifi almaq lazım gəlir. Bəzi hallarda öz qiymətinə yaxın, bəzən də əsl qiymətindən aşağı qiymətə satılan əşyalar olur. Bu formada ticarətlə məşğul olmaq dini cəhətdən düzgündür?
Cavab: Bir malı almaq üçün verilən təklif müəyyən bir məbləğlə üst-üstə düşmədiyinə görə bu məqsədlə pul vermək də, almaq da batildir. Sizin dediyiniz internet saytları vasitəsilə mal satan şəxs və ya şəxslərin əsl məqsədi bu yoldan istifadə edib, pul qazanmaqdır. Bunun üçün isə insanların diqqətini cəlb etmək lazımdır. Yəni, elə bir metod tətbiq etmək lazımdır ki, insanlarda maraq oyatsın. Sizin haqqında danışdığınız yol batildir. O metoda əsasən iş görmək caiz deyil. Başqa sözlə, dini cəhətdən düzgün deyil.
Allah Təala deyir:
“Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla (ticarət) ola bilər. Özünüzü öldürməyin. Allah sizə qarşı mərhəmətlidir. Kim bunu həddi aşaraq və zülmkarlıqla etsə, onu bir alova salarıq. Bu, Allah üçün asandır”. (Nisa, 4/29-30)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.