Müsəlmanlar
Oğurluq elektrik enerjisi ilə qızdırılan suyu işlətmək düzdür?

Oğurluq elektrik enerjisi ilə qızdırılan suyu işlətmək düzdür?

Sual: Mənim qonaq getdiyim evlərdə oğurluq işıq işlədirlər. Suyu da o enerji ilə qızdırırlar. Mən onların isti suyundan işlətmək istəmirəm. O sudan işlətsəm, olar? Məgər bu dini cəhətdən düzgündür?

Cavab: Onların suyundan işlədə bilərsiniz. Bunun bir günahı yoxdur. Çünki oğurluq elektrikdən istifadə edənlər onlardır; siz deyilsiniz. Buna özləri cavabdehdirlər. Məsuliyyəti özləri daşıyır.

Amma siz onlara bu işin haram olduğunu, insanların haqqını tapdaladıqlarını mütləq deyin. Çalışın ki, münasib bi dillə başa salasınız.

Əgər onların bu hərəkətini pisləmək (qınamaq, etiraz etmək) üçün evlərinə getməsəniz və bunu onların özlərinə açıq-aydın qaydada desəniz, gözəl bir iş görərsiniz. Bundan başqa, bu kimi insanlardan şikayət verməlisiniz. Lazimı yerlərə bu barədə məlumat verməlisiniz.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxmağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/1688.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.