Sual: Biz istəyirik ki, təzə doğulmuş qızımıza Sudə adı qoyaq. Sudə sözünün mənası nədir? Uşağa bu adı qoymağın bir eybi var?
Cavab: Sudə sözü Fars sözüdür. Mənşəyi سودن (sudən) kəlməsidir və həm sifətdir, həm də isim. Mənaları belədir: Sürtmək, dəymək, əzmək, əzilmək, suvaq vurmaq. ((Ziya Sükun, Farsca-Türkcə Lüğət-Gəncineyi-Goftar Fərhəngi-Ziya, Milli Eğitim Bakanlığı nəşriyyatı, İstanbul, 1996, II cild, s. 1233.))
Buna əsasən Sudə sözü sürtmüş, sürtülmüş, əzmiş və əzilmiş mənaları verir. Şəxs adları lüğətində bu ad barədə belə deyilir: sürtülmüş, sürməli, boyalı.
Camaat arasında isə deyilir ki, Sudə Cənnətdə bir damcı su deməkdir. Buna baxmayaraq biz baxdığımız lüğətlərdə bu sözün belə bir mənasına rast gələ bilmədik. Uşağınıza Sudə adını qoymağınızın bir eybi yoxdur. Amma biz bu adın əvəzinə Sevda adını məsləhət görürük. Sevda peyğəmbərimizin (s. a. v.) xanımlarından biridir və möminlərin anası olmaq şərəfinə nail olub.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.