Sual: Aybaşı və üzr qanı xaricində qadınlardan gündəlik gələn ağ rəngli maye dəstəmazı pozur?
Cavab: Allah Təala belə buyurur:
“Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin”. ((Maidə, 5/6.))
Bu ayə deyir ki, dəstəmaz ayaqyolunda baş verən şeylərlə pozulur. Bir qadından xaric olan gündəlik axıntılar isə ayaqyolunda görülən işlərdən deyil. Odur ki, bu cür şeylər dəstəmazı pozmur. Həmin mayenin dəstəmazı pozacağına dair səhih (mötəbər) və ya zəif bir hədis, ya da tabein sözü də yoxdur.
Unutmayın, yuxarıda deyilənlər bu məsələnin dini cəhətdən təhlilindən ibarətdir. Odur ki, qadınlara məxsus hallarla (menstruasiya, menstruasiya siklinin pozulması, zahılıq və sairə kimi şeylər) əlaqədar olaraq mütləq bir qadın xəstəlikləri mütəxəssisinə – ginekoloq-həkimə müraciət etmək lazımdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.