Müsəlmanlar

Mən banklardan kredit götürən adamlara maşın sata bilərəm?

Sual: Mən istəyirəm ki, bir avtomobil salonu açam. Yaxşı bilirəm ki, insanlar satacağım maşınların çoxunu kredit götürüb alacaqlar. Yəni, indi bütün dünyada olduğu kimi. Belə olan halda, bir maşın satıcısı kimi mənim özümün dini cəhətdən bir cavabdehliyim var?

Cavab: Əsas odur ki, siz alcılarınızın kredit götürməyinə bais olmayın. Belə şeylərə vasitəçilik etməyin. Bundan başqa görəcəyiniz bir iş yoxdur. Alıcıların pullarının halal və yaxud haram yolla qazanılıb qazanılmağını araşdırmaq və onları bu barədə sorğu-suala çəkmək sizlik deyil. Bu onların özünü maraqlandıran bir məsələdir. Necə deyərlər, kim haram qazanırsa, buna görə özü cavabdehdir. Odur ki, sizdən maşın alsalar belə, sizin bu məsələdə dini baxımdan bir məsuliyyətiniz yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.